Ana Sayfa > Karusel / Siyasət > Obamadan Fransa ilə bağlı təlimat: "Endirin"

Obamadan Fransa ilə bağlı təlimat: "Endirin"


15-07-2016, 22:36. Yazar: Xeberaz
Obamadan Fransa ilə bağlı təlimat: "Endirin"

ABŞ Prezidenti Barak Obama Fransada baş verən terror aktı səbəbindən ölkə bayraqlarının 19 iyul tarixinə qədər yarıya endirilməsi təlimatını verib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, Fransanın Nitsa şəhərində bayram atəşfəşanlığı zamanı ölən insanların xatirəsinə hörmət əlaməti olaraq ölkə ərazisində bayraqlar yarıya qədər endiriləcək.

Qeyd edək ki, Obama Dallas şəhərində öldürülən 5 polis əməkdaşına görə də eyni təlimatı vermişdi.
Geri dön