Ana Sayfa > Karusel / Hadisə > Yeni küçələrə aprel şəhidlərinin adı verildi

Yeni küçələrə aprel şəhidlərinin adı verildi


15-07-2016, 19:02. Yazar: Xeberaz
Yeni küçələrə aprel şəhidlərinin adı verildi

Kürdəmir şəhərinin yeni salınan küçələrinə şəhid baş leytenant, “Azərbaycan Bayrağı” ordenli İsmayılov Əbu Bəkr Vüqar oğlunun və şəhid gizir, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunan Qurbanov Tural Gürşad oğlunun adları verilib

Hər iki gənc aprelin əvvəllərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Kürdəmir şəhərində küçələrdən birinə şəhid İsmayılov Əbu Bəkr Vüqar oğlunun, digərinə isə şəhid Qurbanov Tural Gürşad oğlunun adı verilib.

Küçələrə hər iki şəhidin adını bildirən lövhələr vurulub. (azərtac)



Geri dön