Ana Sayfa > Karusel / Hadisə > Məhsullarda qiymət artımı olacaq – RƏSMİ AÇIQLAMA

Məhsullarda qiymət artımı olacaq – RƏSMİ AÇIQLAMA


15-07-2016, 16:15. Yazar: Xeberaz
Məhsullarda qiymət artımı olacaq – RƏSMİ AÇIQLAMA

Elektrik enerjisində qiymət artımı digər sahələrə də təsir edəcək.

“Ümumiyyətlə, tarif tənzimlənməsi özü çevik bir prosesdir. Tarif Şurası həm də kollegial bir qurumdur. Bura daxil olan iqtisadi əsaslandırılmış müraciətlər Tarif Şurasının Katibliyi tərəfindən araşdırılıb öyrənilir.

Ancaq hazırda Tarif Şurasının gündəliyində digər sahələr üzrə tarif dəyişikliyinin aparılması ilə bağlı məsələ müzakirə edilmir”.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin katibi Abbas Əliyev bildirib.

O, həmçinin işığın qiymətinin artmasının benzin, çörək, ümumiyyətlə, neft məshullarının gələcək qiymətinə təsirindən də danışıb: “Ümumiyyətlə, elektrik enerjisi demək olar ki, bütün sahələrdə istifadə olunan məhsuldur. Ona görə, yalnız bura kiçik təsirlərdən söhbət gedə bilər”.
Geri dön