Ana Sayfa > Karusel / Şou-Biznes > Namiq Qaraçuxurlu qız atası oldu

Namiq Qaraçuxurlu qız atası oldu


15-07-2016, 16:12. Yazar: Xeberaz
Namiq Qaraçuxurlu qız atası oldu

Meyxanaçı - müğənni Namiq Qaraçuxurlu ata olub.

"Xəbəraz.az "xəbər verir ki, sənətçi qızı dünyaya gəldiyini deyib:

"Şəxsi məsələləri danışmağı sevmirəm. Bu dəfə düşündüm ki, həyatımda baş verən sevindirici hadisədən xəbərdar olmaq sevənlərimin də haqqıdır. Artıq qız atası olmuşam, övladıma Sara adını qoymuşuq. Qızıma kimin adını verdiyimizi isə açıqlamaq istəmirəm".

Qeyd edək ki, Namiq Qaraçuxurlu ötən il oktyabrın 12-si ailə həyatı qurub. Kişi toyu edən sənətçi hələ də, xanımını mətbuat qarşısına çıxarmayıb.

N.Qaraçuxurlu ilk evliliyi Solmaz Şükürova adlı xanımla olub. Həmin evlilikdən Ülvi, Ümid adlı övladları var. Cütlük 2005-ci ilin dekabrında boşanıb.

Namiq Qaraçuxurlu qız atası oldu
Geri dön