Ana Sayfa > Karusel / Dünya > 84 nəfəri öldürən terrorçunun adı bəlli oldu

84 nəfəri öldürən terrorçunun adı bəlli oldu


15-07-2016, 14:28. Yazar: Xeberaz
 84 nəfəri öldürən terrorçunun adı bəlli oldu

Bu gün gecə radələrində Fransanın Nitsa şəhərində baş verən silahlı hücumu törədən şəxsin kimliyi məlum olub.

"Xəbəraz.az " Nitsa-Matin saytına istinadən xəbər verir ki, bu şəxsin adı Məhəmməd Lahueyc Buhleldir.

Xatırladaq ki, yük maşını şəhər bulvarında “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanların üzərinə hərəkət edib. Daha sonra terrorçu odlu silahla vətəndaşlara atəş açıb.

Nəticədə 84 nəfər ölüb, 120-ə yaxın şəxs xəsarət alıb.
Geri dön