Ana Sayfa > Karusel / Hadisə / M2 > Ağsuda hamilə qadın ölüb

Ağsuda hamilə qadın ölüb


15-07-2016, 11:23. Yazar: Xeberaz
Ağsuda hamilə qadın ölüb


Ağsu rayonunda hamilə qadın dünyasını dəyişib.

Hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Mirzəyeva Günel Əlipaşa qızının hamiləliyinin 22-ci həftəsində qəflətən halı pisləşib və onu təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə aparıblar.

Ana bətnindəki 5 aylıq uşağın ölmüş olduğu məlum olub və süni yolla doğuş edərək uşağı götürüblər. Həkimlərin səyinə baxmayaraq ananın həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən Günel Mirzəyeva 3 ildir ki, ailəli idi və ilk övladını dünyaya gətirəcəkdi.
Geri dön