Ana Sayfa > Karusel / Hadisə > Tərtərdə QORXUNC OLAY: Bacısının boğazını kəsdi - FOTOLAR

Tərtərdə QORXUNC OLAY: Bacısının boğazını kəsdi - FOTOLAR


14-07-2016, 16:57. Yazar: Xeberaz
Tərtərdə QORXUNC OLAY: Bacısının boğazını kəsdi - FOTOLAR

Tərtər rayonunda qardaş bacısının boğazını kəsib.

"Xəbəraz.az "APA-ya istinadən bildirir ki, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Alızadə Cəmilə Valeh qızı boğaz nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, hadisəni C.Alızadənin qardaşı qısqanclıq zəminində törədib.

Faktla bağlı Tərtər polisi tərəfindən araşdırma aparılır.

Geri dön