Ana Sayfa > Karusel / Hadisə > Avtobus sərnişinlərinə XƏBƏRDARLIQ

Avtobus sərnişinlərinə XƏBƏRDARLIQ


14-07-2016, 16:38. Yazar: Xeberaz
Avtobus sərnişinlərinə XƏBƏRDARLIQ

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının müvafiq qərarına əsasən Şəhərətrafı və qəsəbələrarası 25 km-dən 30 km-dək, 30 km-dən 40 km-dək, 40 km-dən 45 km-dək, 45 km-dən 50 km-dək və 50 km-dən yuxarı məsafə qət edən marşrut xətlərində tarif müvafiq olaraq 20, 25, 30, 35, 50, 70 və 80 qəpik həddində müəyyən olunub”.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova marşrutlarda gediş haqqının məsafədən asılı olaraq müəyyən edilməsi ilə bağlı açıqlamasında bildirilib: “Ancaq bu o demək deyil ki, marşrut xətti üzrə avtobusla sərnişin bu məsafələrdən az məsafə qət edərsə qiymətə təsiri olmayacaq. Nümunə olaraq 195 saylı marşrut xəttini götürək. Marşrut xətti Ələt-Bayıl istiqamətində hərəkət edir, ancaq Bayıldan Lökbatana qədər 195 saylı marşrut xəttində gediş haqqı Tarif şurasının qərarına əsasən (məsafə 1km-dən-15 km-dək olduğu əsas gətirilərək) 20 qəpik, Bayıldan Sahilə qədər 35 qəpik, Bayıldan Sənqaçala qədər 60 qəpik, Bayıldan Qobustan qəsəbəsinə qədər 70 qəpik müəyyən edilib. Sərnişinlərimiz məlumatlı olsunlar”.
Geri dön