Ana Sayfa > Karusel / Dünya > “Google”-un rəhbəri dəbdəbəli yaxtası ilə Türkiyədə – FOTOLAR

“Google”-un rəhbəri dəbdəbəli yaxtası ilə Türkiyədə – FOTOLAR


14-07-2016, 12:10. Yazar: Xeberaz
“Google”-un rəhbəri dəbdəbəli yaxtası ilə Türkiyədə – FOTOLAR

“Google” korporasiyasının rəhbəri, dünyanın ən zəngin iş adamlarından biri olan ABŞ-ın proqram mühəndisi Erik Şmid ailəsi ilə bərabər istirahət etmək üçün Türkiyənin Bodrum bölgəsinə gəlib.

"Xəbəraz.az " xarici mediaya istindən xəbər verir ki, 61 yaşlı Erik Şmid Türkiyədə istirahətə özü ilə bərabər həyat yoldaşı Vendi Şmidi, 2000-ci ildən bəri “Microsoft”-un rəhbərliyini həyata keçirən 60 yaşlı yaxın dostu Stiv Ballmeri də gətirib. Bundan əlavə, o, 2009-cu ildə 72 milyon dollara satın aldığı 59 metr hündürlükdə olan “Oasis” adlı dəbdəbəli yaxtasını da gətirib.

Onların 2 gün sonra öz yaxtalarında Yunanıstanın Tilos və Mikonos adalarına da gedəcəyi nəzərdə tutulur.


Xatırladaq ki, Erik Şmid 8.3 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamları siyahısında 138-ci yerdə dayanır.

“Google”-un rəhbəri dəbdəbəli yaxtası ilə Türkiyədə – FOTOLAR

“Google”-un rəhbəri dəbdəbəli yaxtası ilə Türkiyədə – FOTOLAR

“Google”-un rəhbəri dəbdəbəli yaxtası ilə Türkiyədə – FOTOLAR
Geri dön