Ana Sayfa > Karusel / Hadisə > Başçı sərəncam verdi: Çimərliklər pulsuzdur

Başçı sərəncam verdi: Çimərliklər pulsuzdur


14-07-2016, 12:00. Yazar: Xeberaz
Başçı sərəncam verdi: Çimərliklər pulsuzdur

Sumqayıt icra başçısı Zakir Fərəcov şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalayıb.

"Xəbəraz.az " xəbər verir ki, sərəncama əsasən, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.

Aidiyyati qurumlara tapşırılıb ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlər tərəfindən xidmət haqlarından başqa hər hansı rüsumun alınması yolverilməzdir, çimərlik ərazilərində istirahət edənlərə lazımı səviyyədə xidmət göstərilməsi üçün ticarət, iaşə və digər xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsi, həmçinin çimərliklərə və sahilyanı zonalara giriş üçün pul yığılmasının qarşısının alınması təşkil edilsin.
Geri dön