Ana Sayfa > Karusel / Dünya / Maraqlı > Avropanın ən ucuz şəhərləri - Siyahı
Avropanın ən ucuz şəhərləri - Siyahı13-07-2016, 23:47. Yazar: Xeberaz |
Budapeştdə ən ucuz nahar 5 avrodur Avropaya səyahət o qədər də baha deyil. Hər halda, axtaranlar ucuz qiymətlərə gecələmək üçün normal şəraitli yer tapa bilərlər. Sadəcə səyahətə çıxmazdan əvvəl turizm saytlarında axtarış aparmaq lazımdır. "Xəbəraz.az "səyyah.az-a istinadən Avropanın müxtəlif şəhərlərində gecələmək üçün ən ucuz variantları təqdim edir. Bu şəhərlər sizi qane etməsə, turizm saytlarında sizi maraqlandıran yerlər üzrə axtarış edib, daha sərfəli variantlar tapa bilərsiniz. 1. Macarıstan Budapeştdə ən ucuz nahar 5 avrodur. Orta səviyyəli restoranlarda isə iki nəfərlik (salat, şorba, qaynar yeməklər) yeməyin məbləği 29 avroya bərabərdir. Hosteldə qiymət – 8 avro İki nəfərlik hotel otağının gecəsi – 10 avro 2. Rumıniya Ucuz kafelərdə və fastfudlarda 4,5 avroya yemək yeyə bilərsiniz. Axşam naharının qiyməti isə elit restoranlarda 11-14 avro arası dəyişə bilər. Hosteldə qiymət – 5,94 avro İki nəfərlik hotel otağının gecəsi – 15 avro 3. Serbiya Paytaxt Belqradda elit restoranda naharın qiyməti 9 avrodur. İki nəfərlik hotel otağının gecəsi – 32-41 avro arası dəyişir. Hotellər sizin üçün bahalı olsa, Hostels.com saytından 3,98 avroya hostellər tapa bilərsiniz. 4. Çernoqoriya və yaxud Monteneqro Paytaxt Podqoritsada ucuz restoranda naharın qiymət 5 avrodur. Orta səviyyəli restoranda (salat, şorba, qazan yeməkləri) isə qiymət 25 avro təşkil edir. Hosteldə qiymət – 7,30 avro İki nəfərlik hotel otağının gecəsi – 16 avro 5. Bolqarıstan Paytaxt Sofiyada ən ucuz naharın qiyməti 4,09 avrodur. Orta səviyyəli restoranda isə bu qiymət 20,45 avroya qədər yüksəlir. Hosteldə qiymət – 4,89 avro İki nəfərlik hotel otağının gecəsi – 15 avro Qeyd: Çalışın gedəcəyiniz yerlərdə qalmaq istədiyiniz hotel-hostelləri (həmçinin təyyarə biletini) öncədən sifariş edin. Geri dön |