Ana Sayfa > Karusel / Hadisə > Bakıda məktəbli oğlanın qanını tökdülər

Bakıda məktəbli oğlanın qanını tökdülər


13-07-2016, 23:40. Yazar: Xeberaz
Bakıda məktəbli oğlanın qanını tökdülər

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Xəbəraz.az "-ın məlumatına görə, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi ev 1-in qarşısında 2000-ci il təvəllüdlü Kərimov Tural Ərtoğrul oğlu bıçaqlanıb. Qarın nahiyəsindən 2 daxilə nüfuz edən xəsarət alan 16 yaşlı oğlan Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məlum olub ki, hadisəni 1999-cu il təvəllüdlü Seyidli Mirnihad Mirkərim oğlu törədib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, bıçaqlanan T.Kərimov orta məktəb şagirdidir.
Geri dön