Ana Sayfa > Karusel / Qadınlar > AiLədə problemləri necə yoluna qoymaq olar?

AiLədə problemləri necə yoluna qoymaq olar?


14-07-2016, 02:54. Yazar: Xeberaz
AiLədə problemləri necə yoluna qoymaq olar?

AiLədə problemləri necə yoluna qoymaq olar? Evlilikdə münasibətləri necə çözmək lazımdır? Bütün bu suaalara birdən-birə cavab tapmaq mümkün deyil.

Evlilik dönəmində hər şey yolundadırsa, bu sizin, yüksək dərəcədə bacarıqlı olmanızı göstərir. İndi nə edəcəyimizə nəzər salaq.

DANIŞIN: Münasibətlərinizin qaydaya salınması üçün dialoq gözəl vasitədir. Bu işə yarayacaq, bu münasibətlərinizi yoluna qoymaqda sizə kömək edəcək. Əslində evlilikdə olan önəmli problemləri danışıq zamanı 99 faizini həll etmiş olacaqsınız. Danışmağın nəyə və kimə yararlı olduğunu düşünürsünüzsə, səhv edirsiniz. Həyat yoldaşınızla dialoqa girərək, bir çox problemlərə aydınlıq gətirmiş olarsınız, eyni zamanda, bu dialoq sizin, bir-birinizə yaxın olmanıza şərait yaradar.Söhbət edərkən, bir-birinizə hörmət qoyaraq, sözünü kəsməyərək, özünüzü onun yerinə qoyaraq edin.

RAZILAŞIN: Problemlərin yoluna qoyulmasında razılığa gəlmək ən önəmli şeydir. Sizin və həyat yoldaşınızın bu problemə, eyni gözlə baxmağınız xeyli vaxt ala bilər. Dialoqa girmək və razılığa gəlmək problemlərin həlli üçün uyğun vasitədir.

ZARAFAT EDİN: Ailə krizlərini komediya halına gətirərək yoluna qoymağı heç kim sizdən gözləmir, amma yumor hissiniz ailənizdəki problemlərin yoluna qoyulmasında sizə yardımçı ola bilər.


VAXT AYIRIN: Problemləri həll etmək üçün bir-birinizlə zaman ayıraraq, birlikdə çölə şıxın, birlikdə söhbət edərək, qəhvə və ya çay için. Beləliklə birlikdə vaxt keşirmiş olarsınız.

BİRLİKDƏ OLUN: Münasibətlərinizi qüvvətləndirmək üçün əlinizdən gələni edin. Birlikdə olsanız, heç bir problemi təkbaşına həll edəcəyinizə və dərdlərin yalnız sizing üstünüzdə qalmayacağına əmin ola bilərsiniz. Beləcə problemlərin öhdəsindən birlikdə gələrək, həll etmiş olacaqsınız

Geri dön