Ana Sayfa > Karusel / Siyasət > Deputat Ərdoğanı “terrorun atası“ adlandırdı

Deputat Ərdoğanı “terrorun atası“ adlandırdı


13-07-2016, 18:15. Yazar: Xeberaz
Deputat Ərdoğanı “terrorun atası“ adlandırdı

Türkiyənin İncirlik hərbi bazası ilə bağlı Almaniya kansleri Angela Merkelin tələblərini rədd etməsini tənqid edən alman deputat Sahra Vagenknext Ankaranın ünvanına sərt ifadələr işlədib
"Xəbəraz.az " xarici mediaya istinadən xəbr verir ki, alman deputatların İncirlikdəki alman həbçilərin ziyarət edilməsinə rəsmi Ankaranın icazə verməməsi ilə bağlı danışan millət vəkili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edib. O, prezidenti "şantaşçı və terrorun atası" adlandırıb.

Vagenknextin Ərdoğana ünvanladığı sözləri Avropa Parlamentində, terror təşkilatı PKK-nın lideri Abdulla Öcalan və PYD üzvü terroristləri göstərən fotoşəkillərin nümayiş etdirdiyi sərginin açılışı ilə eyni günə təsadüf etməsi birmənalı qarşılanmayıb. Belə ki, Almaniyanın terror təşkilatı PKK-nı dəstəklədiyi istiqamətindəki iddialar da artıq təsdiqini tapır.

Geri dön