Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Qoçaq Əsgərov Parisdə konsert verəcək

Qoçaq Əsgərov Parisdə konsert verəcək


13-07-2016, 01:35. Yazar: Xeberaz

Qoçaq Əsgərov Parisdə konsert verəcək
İyulun 15-də Parisin 13-cü rayonunun Mandapa Mərkəzində dünya şöhrətli xanəndə Qoçaq Əsgərov və çoxsaylı musiqi janrları üzrə vokalist Pyer de Tregomənin konserti keçiriləcək.

"Xəbəraz.az " xəbər verir ki, onları kamançada Elnur Mikayılov, pianoda Arno Qransak və zərb alətlərində Rusen Filiztek müşayiət edəcəklər.

Qeyd edək ki, Qoçaq Əsgərov və Pyer de Tregomən ənənəvi muğam və açıq improvizasiyalardan ibarət orijinal repertuar hazırlayıblar.
Geri dön