Ana Sayfa > Karusel / Dünya > Rusiya İŞİD-in iri düşərgəsini darmadağın etdi

Rusiya İŞİD-in iri düşərgəsini darmadağın etdi


12-07-2016, 20:28. Yazar: Xeberaz
Rusiya İŞİD-in iri düşərgəsini darmadağın etdi

Rusiyanın Hərbi-Hava Qüvvələrinə məxsus altı “Tu-22M3” bobmardmançı təyyarələrinin zərbələri nəticəsində Suriyada İŞİD terror qruplaşmasının düşərgəsi məhv edilib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilir.

“Zərbələr nəticəsində silahlıların iri düşərgəsi, üç silah-sursat anbarı, üç tankı, dörd piyadaların döyüş maşını, iriçaplı pulemyotlarla təchiz olunmuş səkkiz avtomobili və çoxlu sayda canlı qüvvəsi məhv edilib”, - deyə məlumatda qeyd olunub.

Məlumatda əlavə olunub ki, döyüş tapşırığını uğurla yerinə yetirən təyyarələrin hamısı öz aerodromlarına dönüb.
Geri dön