Ana Sayfa > Karusel / Gündəm > Aprel döyüşlərində şəhid olan pilotun adı əbədiləşdirildi

Aprel döyüşlərində şəhid olan pilotun adı əbədiləşdirildi


12-07-2016, 20:14. Yazar: Xeberaz
Aprel döyüşlərində şəhid olan pilotun adı əbədiləşdirildi

O, Kürdəmirdə dəfn edilib

Bu ilin aprelində Qarabağda baş verən bir neçə günlük şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olan hərbi pilotlarımızdan Əbu Bəkr İsmayılovun adı əbədiləşdirilib.

Şəhidin adı doğulub boya-başa çatdığı Kürdəmir şəhərinin mərkəzi küçələrindən birinə verilib.

Artıq küçədə şəhidin adının həkk olunduğu lövhələr bərkidilib.

Qeyd edək ki, B.İsmayılov Kürdəmirdə dəfn edilib.
Geri dön