Ana Sayfa > Karusel / Hadisə > Bakı metrosunda həyəcan : QATAR TÜSTÜLƏNDİ

Bakı metrosunda həyəcan : QATAR TÜSTÜLƏNDİ


12-07-2016, 18:21. Yazar: Xeberaz
Bakı metrosunda həyəcan : QATAR TÜSTÜLƏNDİ

Bu gün metroda qatarların birində tüstülənmə olduğundan sərnişinlər təxliyə olunub, qatar xətdən çıxarılıb.
"Xəbəraz.az " xəbər verir ki, məsələ ilə əlaqədar milli.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev faktı təsdiq edib.

Onun sözlərinə görə, hadisə kiçik texniki nasazlıq səbəbindən baş verib:

"Bu gün 39 saylı marşrut üzrə "Dərnəgül" stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar saat 16:30 radələrində "Nəsimi" stansiyasında olarkən son vaqonunda texniki nasazlıq qeydə alınıb. Lakin ciddi narahatlıq doğuran təhlükəli hal qeydə alınmayıb. Buna baxmayaraq, sərnişinlər dərhal vaqonlardan boşaldılıb, qatar isə xətdən çıxarılıb. Bu, qatarların hərəkət qrafikinə heç bir təsir etməyib və gecikmə halı da olmayıb. Çıxarılanın yerinə isə xəttə əlavə qatar qoşulub".
Geri dön