Ana Sayfa > Karusel / Şou-Biznes > "Anam evlilik proqramına ona görə getmişdi ki..." - Səidə Dadaşova

"Anam evlilik proqramına ona görə getmişdi ki..." - Səidə Dadaşova


12-07-2016, 18:12. Yazar: Xeberaz
"Anam evlilik proqramına ona görə getmişdi ki..." - Səidə Dadaşova

“Murad Arifə deyərdim ki, veriliş aparsa, daha yaxşı olar. Sıradan, özü üçün bir şeylər oxuyur”.

"Xəbəraz.az "-ın məlumatına görə, bu sözləri xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova “ATV maqazin onlarla” verilişinə açılqmasında deyib.

Murad Arifin ifasını bəyənmədiyini etiraf edən sənətçi ailəsindən söz açıb.

O, bir müddət əvvəl Türkiyədə evlilik proqramına qatılan anası, aktrisa Sədaqət Dadaşovadan danışıb:

“Anam gözəl aktrisadır. Verilişə o niyyətlə getdi ki, gözəl seriallara çəkilsin. Proqrama çıxmışdı desin ki, belə istedadım var. Amma başqa yerə yozdular. O qədər söz-söhbət çıxdı ki...”.

S.Dadaşova öz ailə həyatından söz açıb. Bir müddət əvvəl ailəli adamdan nikahdan kənar uşaq dünyaya gətirməsi ilə səs-küy yaradan sənətçi şayiələrə əhəmiyyət vermədiyini deyib:

“Ailə qurmuşam, övladım var, xoşbəxtəm. Bundan gözəl nə ola bilər? Kimsə haqqımda danışanda öz arxasına baxsın görsün ki, kimdir. Eləsini heç heyvan da saymır”.
Geri dön