Ana Sayfa > Karusel / Hadisə > Bakıda DƏHŞƏT: Yolun ortasında soyunub... - FOTO

Bakıda DƏHŞƏT: Yolun ortasında soyunub... - FOTO


12-07-2016, 17:56. Yazar: Xeberaz
Bakıda DƏHŞƏT: Yolun ortasında soyunub... - FOTO

Bakı şəhərində intihara cəhd edilib.
"Xəbəraz.az " bildirir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Sabunçu-Zabrat yolunda baş verib. 35-40 yaşlarında naməlum kişi əlində bıçaqla yola çıxaraq intihara cəhd edib. Hadisə yerinə polis əməkdaşları gəlib.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən bildirilib ki, polis əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən daşındıra biliblər. Həmin şəxs polis bölməsinə dəvət olunub. Araşdırmalar zamanı onun Füzuli rayon sakini, 1976-cı il təvəllüdlü Nadir Polad oğlu Məmmədov olduğu müəyyən edilib.

Hazırda onun ifadəsi alınır.
Geri dön