Ana Sayfa > Karusel / Dünya > Avropa müsəlmanlara münasibətini dəyişdirir

Avropa müsəlmanlara münasibətini dəyişdirir


12-07-2016, 15:40. Yazar: Xeberaz
Avropa müsəlmanlara münasibətini dəyişdirir

Avropalılar miqrant axınının Avropa Birliyində terror təhlükəsini artıracağını düşünürlər.

"Xəbəraz.az " xəbər verir ki, bu nəticə Amerikanın bir təşkilatının keçirdiyi sorğudan sonra əldə olunub. Sorğu, əsasən, Macarıstan, Polşa, Niderland, Almaniya, İtaliya, İsveç, Yunanıstan, Böyük Britaniya, Fransa və İspaniyada keçirilib.

Sorğuda iştirak edənlərin böyük bir qismi miqrant axınının iqtisadi fəsadlarının olacağını düşünürlər. Bu fikir xüsusilə Macarıstan (82%), Polşa (75%), Yunanıstan (72%), İtaliya (65%) və Fransada (53%) yaşayan sorğu iştirakçıları arasında hakim olub. İtaliya (47%) və İsveçdəki (46%) respondentlər isə miqrant axını sayəsində cinayətkarlığın artmasından narahat olduqlarını bildiriblər.

Təşkilat həmçinin Yaxın Şərqdən olan miqrant axınının Avropadakı müsəlmanlara da münasibəti dəyişdirdiyini bildirib. Müsəlmanlara qarşı sərt mövqe xüsusilə Macarıstan, İtaliya, Polşa və Yunanıstanda müşahidə edilir.
Geri dön