Ana Sayfa > Karusel / Hadisə > Xalq artisti KƏDƏRLƏNDİRDİ: “Həkim dedi öləcəksən”

Xalq artisti KƏDƏRLƏNDİRDİ: “Həkim dedi öləcəksən”


12-07-2016, 10:59. Yazar: Xeberaz

Xalq artisti KƏDƏRLƏNDİRDİ: “Həkim dedi öləcəksən”

Səhhəti ilə bağlı problemlər yaşayan Xalq artisti, tanınmış aktyor Yasin Qarayev müayinə üçün İrana gedəcək. Damar kirəclənməsi xəstəliyindən əziyyət çəkən aktyor təcili əməliyyat olunmalıdır.

Bu barədə aktyor özü açıqlama verib: “Bir neçə ildir ki, damar kirəclənməsi xəstəliyindən əziyyət çəkirəm. Dəfələrlə əməliyyat da olunmuşam, damarlar təmizlənib, ürəyimə stend qoyulub. Amma sağalmıram. Bir neçə dəfə İranda müayinə və müalicə olunmuşam, yenə də getməliyəm. Ayaqlarıma qan işləmir. Bu əməliyyatlar olunmasaydı, indi həyatda yox idim. Azərbaycanda da məşhur xəstəxanalarda, həkimlərin qəbulunda oldum. Bəziləri lazer əməliyyatını məsləhət görür. Amma bu yaxınlarda bir həkimin yanında oldum, dedi ki, bıçaq vurmaq olmaz, damar partlasa, qanaxmadan öləcəksən. Soyuq havaları gözləyirəm. Yəqin ki, əməliyyat mütləqdir, çünki başqa çıxış yolum da yoxdur”.
Geri dön