Ana Sayfa > Karusel / Siyasət > Obamadan Putinə nüvə təklifi: Rusiya razılaşacaqmı?

Obamadan Putinə nüvə təklifi: Rusiya razılaşacaqmı?


11-07-2016, 14:33. Yazar: Xeberaz
Obamadan Putinə nüvə təklifi: Rusiya razılaşacaqmı?

ABŞ prezidenti Barak Obama administrasiyası Rusiyaya strateji hücum silahlarının ixtisarına dair (CNV-3) müqavilənin müddətini daha 5 il uzatmağı təklif etmək imkanına baxır.

"Xəbəraz.az " xəbər verir ki, bu haqda anonim mənbələrə istinadən “Washington Post” qəzeti bildirib.

“Washington Post” nəşrinə informasiyanı şərh edən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerovun sözlərinə görə, Moskva çətin ki, SNV-3 müqaviləsinin müddətinin uzatmağa razılaşacaq. O, qeyd edib ki, təklifin qəbul edilməsi üçün sənədin mətnində Amerikanın Avropada qurduğu raketdən müdafiə sistemi ilə bağlı Rusiyasının narahatlığı nəzərə alınmalıdır.

Qeyd edək ki, Rusiya və ABŞ arasında müqavilə 2010-cu ilin aprelində Praqada imzalanıb. Bu, 1991-ci il SNV-1 razılaşması və 2002-ci il strateji hücum potensialının ixtisarı (DSNP) haqqında müqaviləni əvəz edib.

5 fevral 2011-ci ildə qüvvəyə minən SNV-3 strateji hücum silahlarının ixtisarı və sayının məhdudlaşdırılmasını nəzərdə tutur. Moskvada razılaşmaya ciddi şəkildə riayət etdiyini iddia edir. Son zamanlar Rusiya hakimiyyəti Amerikanın Avropada qurduğu raketdən müdafiə sistemi ilə əlaqədar müqavilədən çıxmasını istisna etmir.

Geri dön