Ana Sayfa > Karusel / Hadisə > Bakıda 2 yaşlı qızın öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 2 yaşlı qızın öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI


11-07-2016, 14:28. Yazar: Xeberaz
Bakıda 2 yaşlı qızın öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI

Dünən Bakı şəhərinin Pirallahı qəsəbəsində azyaşlı qızın ölümü ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı məlum olub."Xəbəraz.az " -ın məlumatına görə, beşmərtəbəli binanın beşinci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılaraq ölən Arzu Abışzadənin 2 yaşı keçən ayın 19-da tamam olubmuş. O, dünən özündən 2 yaş böyük qardaşı ilə mənzildə oynayırmış. Uşaqlar yataq otağında hündürlüyə çıxıb özlərini yatağın üstünə ataraq əylənirmiş. Bu zaman pəncərəyə çıxan 2 yaşlı Arzu müvazinətini itirib və pəncərədəki qoruyucu tora tərəf yıxılıb. Pəncərəyə bərkidilmiş tor uşağın ağırlığından yerindən çıxıb və azyaşlı yerə yıxılıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

2 yaşlı qızcığazın pəncərədən necə düşdüyünü təkcə 4 yaşlı qardaşı görüb.
Geri dön