Ana Sayfa > Karusel / İdman > AÇ-2016: Portuqaliya Avropa çempionu oldu

AÇ-2016: Portuqaliya Avropa çempionu oldu


11-07-2016, 10:31. Yazar: Xeberaz
AÇ-2016: Portuqaliya Avropa çempionu oldu

Portuqaliya yığması AVRO-2016-nın qalibi olub.

APA-nın məlumatına görə, “Stad de Frans” stadionunda keçirilən final matçında Portuqaliya yığması Fransa millisini 1:0 hesabı ilə məğlub edib.

Matçın əsas vaxtında qapılara top vurulmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtın ikinci hissəsində portuqaliyalılar qələbə qolunu vurublar.

Beləliklə, Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionatının qalibi olub.
Geri dön