Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda dağıdıcı təbiət hadisələri gözlənilir

Azərbaycanda dağıdıcı təbiət hadisələri gözlənilir


10-07-2016, 21:13. Yazar: Xeberaz
Azərbaycanda dağıdıcı təbiət hadisələri gözlənilir

"Azərbaycanda iyul ayının ikinci yarısında, avqust və sentyabr aylarında sel hadisələri ola bilər"

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib. Selin dağıdıcı təsir qüvvəsinin daşqının dağıdıcı təsir qüvvəsindən dəfələrlə çox olduğunu xatırladan E.Əlizadə qeyd edib ki, hazırda ölkənin çaylarında baş verənlər daşqın və qismən sel prosesləridir:

“Yağıntılar davam edərsə, sel hadisələri iyul ayının ikinci yarısında, avqust və sentyabr aylarında ola bilər. Sel dağıdıcı prosesdir. Daha böyük sellərin olması üçün uzunmüddətli quraqlığın olması vacibdir. Bu da bizim ərazi üçün avqustun ikinci yarısı və sentyabr ayı üçün xarakterikdir. Hələlik baş verənlər isə sel xarakterli daşqınlardır”.(Ans press)

Geri dön