Ana Sayfa > Karusel / Hadisə > İŞİD Rusiyanın vertolyotunu vurdu - İki pilot öldü

İŞİD Rusiyanın vertolyotunu vurdu - İki pilot öldü


9-07-2016, 23:44. Yazar: Xeberaz
İŞİD Rusiyanın vertolyotunu vurdu - İki pilot öldü

Bu gün Suriyanın Palmira şəhəri yaxınlığında İŞİD terrorçuları Rusiya ordusuna məxsus Mi-25 vertolyotunu vurublar.

"Xəbəraz.az "virtualaz.org-a istinadən xəbər verir ki, nəticədə iki pilot həlak olub.

Nazirlikdən bildiriblər ki, iyulun 8-də İŞİD Palmiranın şərq hissəsində Suriya qoşunlarının mövqelərinə hücum edib.

Müdafiəni yararaq, terrorçular hakim yüksəklikləri ələ keçirə biliblər.

Həlak olan pilotlar Rəfaqət Habibulin və Yevgeni Dolgindir.
Geri dön