Ana Sayfa > Karusel / Hadisə > Bir ailənin 5 üzvü QARPIZDAN ZƏHƏRLƏNDİ

Bir ailənin 5 üzvü QARPIZDAN ZƏHƏRLƏNDİ


9-07-2016, 20:20. Yazar: Xeberaz
Bir ailənin 5 üzvü QARPIZDAN ZƏHƏRLƏNDİ

Tovuzda qarpızdan zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini 1948-ci il təvəllüdlü Nəbi Məmmədəli, onun oğlu Elbəy, gəlini 1990-cı il təvəllüdlü Aygün, nəvələri 2013-cü il təvəllüdlü Aynur və 2011-ci təvəllüdlü Gülnur qarpızdan zəhərlənərək Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Nəbi Məmmədlinin vəziyyəti ağır digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Geri dön