Ana Sayfa > Karusel / Hadisə > Antalya rusları gül-çiçəklə qarşıladı – İlk turistlər

Antalya rusları gül-çiçəklə qarşıladı – İlk turistlər


9-07-2016, 18:33. Yazar: Xeberaz
Antalya rusları gül-çiçəklə qarşıladı – İlk turistlər

8 aylıq fasilədən sonra Moskva-Antalya reysi açılıb.

"Xəbəraz.az "xəbər verir ki, “Rossiya Airlines”ın Moskva-Antalya səfərini reallaşdıran FV 5859 səfər saylı B737-800 sərnişin təyyarəsi 189 sərnişinlə Antalya Hava Limanına enib.

İlk rus turist karvanı Antalya Hava Limanı Mülki İdarə rəsi Məhət Yavuz, Antalya Hava Limanının direktoru Osman Sərdar tərəfindən çiçəklə qarşılanıb.

Xatırladaq ki, ötən ilin 24 noyabrında Rusiyanın Suriyadakı Su-24 döyüş təyyarəsi Türkiyə sərhədlərini pozduğu üçün vurulmuşdu. İki ölkə arasında 7 ay davam edən gərginlikdən sonra münasibətlərin bərpa olunması üçün razılıq əldə olunub.
Geri dön