Ana Sayfa > Karusel / Qadınlar > Qadınların dərdi: Çillər və piqment ləkələri

Qadınların dərdi: Çillər və piqment ləkələri


9-07-2016, 16:58. Yazar: Xeberaz
Qadınların dərdi: Çillər və piqment ləkələri

Yayın gəlməsi ilə bəzi qadınların üzündə çillər görünməyə başlayır. Təəssüflə qeyd etmək lazımdır ki, bunun qarşısını almaq və birdəfəlik yox etmək mümkün deyil. Ona görə də hər il yaz və yay aylarında çillərin və piqment ləkələrinin qarşısını ala bilən vasitələrdən istifadə etmək lazımdır. "Xəbəraz.az " immunitet.az-a istinadən həmin təbii vasitələrdən bəzilərini təqdim edir.


Əgər çillər artıq əmələ gəlmişdirsə, onda gündəlik qoruyucu kremlərdən başqa yağlı, çilli dəriyə limon şirəsi, üzüm sirkəsi, baş soğan, quru çilli dəriyə isə qıcqırmış qatıq, kefir sürtmək olar. Qatığı 15-20 dəqiqə üzdə saxlayıb yumaq və sonra qoruyucu krem çəkmək lazımdır.

Çil və piqment ləkələrinə balla qaymaq qarışığı ağardıcı təsir göstərir.

Cəfəri xırda doğranılır, suyu çıxana qədər əzilir, üzə yaxılır. 15 dəqiqə sonra ilıq su ilə yuyulur.

Çillər çoxdursa, üzə ağardıcı kremlərdən sürtmək daha məqsədəuyğun olar. Ağardıcı kremləri üzə gecə yatmazdan əvvəl nazik təbəqə şəklində çəkmək lazımdır. Ağardıcı kremlərin yaxşı təsir etməsi üçün onu üzdə uzun müddət saxlamaq lazımdır. Ağardıcı kremlərdən uzun müddət istifadə etmək orqanizmə zərərli təsir edir. Buna görə də ləkələri təbii üsullarla yox etmək daha məqsədəuyğundur.

Qıcqırmış qatıqla buğda kəpəyinin qarışımı çillərin rəngini açır və dərini ağardır.

Üzdə olan piqment ləkələrini aparmaq üçün xiyar maskasından istifadə etmək kifayətdir. Bunun üçün bir neçə qabıqlı xiyar sürtkəcdən keçirilir, üzərinə bir o qədər zeytun yağı əlavə olunur və su hamamında qızdırılır. Qatılaşmağa başladıqda götürülür və süzgəcdən keçirilir. Sonra yenidən sürtkəcdən keçirilmiş xiyar əlavə edilir və yenidən qızdırılır. Qarışıma 5-6 dəfə sürtkəcdən keçirilmiş xiyar əlavə edilir və hər dəfə də qızdırılır. Sonda zərif ağ krem alınır. Krem şüşə qaba tökülüb soyuducuda saxlanılır. Təbii yolla hazırlanmış bu krem üzdə olan çil və piqment ləkələrini aparmaq qabiliyyətinə malikdir.

Üzdəki ləkələri aparmaq üçün ağardıcı pastadan da istifadə etmək olar. Pasta güclü ağardıcı təsirə malik olduğu üçün onu yalnız çillərin və piqment ləkələrinin üzərinə sürtmək lazımdır. Pasta hazırlamaq üçün 2 çay qaşığı buğda və ya düyü ununu 1 xörək qaşığı üzüm sirkəsi və 1 çay qaşığı bal ilə qarışdırın. Pasta ləkələrin üstünə sürtülüb 20-30 dəqiqədən sonra quru pambıqla silinir, yuyulur. Bu, 3 həftə ərzində hər gün təkrar olunarsa, dəridəki ləkələr keçib gedər.
Geri dön