Ana Sayfa > Karusel / Maraqlı > Cəfərinin yeni faydası kişiləri çox sevindirəcək

Cəfərinin yeni faydası kişiləri çox sevindirəcək


8-07-2016, 21:37. Yazar: Xeberaz
Cəfərinin yeni faydası kişiləri çox sevindirəcək

Rusiyada aparılan araşdırma nəticəsində cəfərinin daha bir faydası məlum olub.
"Xəbəraz.az "xarici mətbuata istinadən xəbər verir ki, son araşdırmada cəfərinin dazlaşmanın qarşısını alan möcüzəvi vasitə olduğu ortaya çıxıb. Araşdırmanın rəhbəri rusiyalı alim Aleksandr Kiselev xərçəng hüceyrələrinin yaranmasının qarşısını alan cəfərinin dazlaşmaya qarşı da effektli olduğunu bildirib. Alimin sözlərinə görə, şüyüd ilə cəfərini birlikdə yemək xərçəng müalicəsində çox yaxşı təsir göstərir, həm də kimyəvi terapiyadan sonra daha müsbət nəticələr verir.

Rusiyalı alim cəfərinin xoşagəlməz ağız qoxusunu aradan qaldırdığını, immuniteti gücləndirdiyini, dəri hüceyrələrini yenilədiyini, zehni inkişafa da müsbət istiqamətdə təsir göstərdiyini xüsisi vurğulayıb.
Geri dön