Ana Sayfa > Karusel / Hadisə > Hacıqabulda oğul atanı bıçaqladı

Hacıqabulda oğul atanı bıçaqladı


8-07-2016, 21:18. Yazar: Xeberaz
Hacıqabulda oğul atanı bıçaqladı

Hacıqabulda oğul atasını bıçaqlayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bıçaqlanma hadisəsi Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb. Kənd sakini Hənifəyev Vüsal Əhmədağa oğlu atası - 1960-cı il təvəllüdlü Hənifəyev Əhmədağa Şamil oğlunu ailə münaqişəsi zəminində bıçaqlayıb. Yan tərəfindən bıçaqlanan yaralı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsində ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön