Ana Sayfa > Karusel / Hadisə > Bakıda 100 minlik gəlinliyi məhv etdirən şəxs qadın imiş

Bakıda 100 minlik gəlinliyi məhv etdirən şəxs qadın imiş


8-07-2016, 13:22. Yazar: Xeberaz

Bakıda 100 minlik gəlinliyi məhv etdirən şəxs qadın imiş

Bir neçə gün əvvəl Bakıda salonlardan birində gəlinlikləri qəsdən məhv edən şəxslər məlum olub

"Xəbəraz.az "Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv etmiş şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib. Hadisəni sifariş etmiş Bakı şəhər sakini Leyla Ağayeva tutulub.

Qeyd edək ki, zərərçəkən ona 100 min manata yaxın ziyan dəydiyini bildirmişdi.

Araşdırma aparılır.
Geri dön