Ana Sayfa > Karusel / İdman > Portuqaliya üçün fransız “kabus“u
Portuqaliya üçün fransız “kabus“u8-07-2016, 13:16. Yazar: Xeberaz |
AÇ-2016-nın final oyununda üz-üzə gələcək Fransa və Portuqaliya 25-ci dəfə qarşılaşacaqlar. "Xəbəraz.az " apasport.az-a istinadən xəbər verir ki, iyunun 10-da baş tutacaq qarşılaşmadakı rəqib pireneylilər üçün kabus sayılır. Belə ki, Fransa yığması son 10 oyunda rəqibinə qalib gəlib. Portuqaliyanın uduzmadığı son görüş uzaq 1975-ci ildə olub. 1978-ci ildən başlayaraq isə fransalılar qələbələri sıralayırlar. Əvvəlki 24 matçdan 21-i yoldaşlıq oyunu olubsa, rəqiblər 3 dəfə dünya və qitə çempionatlarında görüşüblər. Hər üçü də final mərhələsinə təsadüf edib. Maraqlıdır ki, hər dəfə onların yolları yarımfinalda kəsişib. AÇ-1984 və AÇ-2000-də baş tutan oyunlar 1:1 hesabı ilə başa çatsa da, portuqaliyalılar əlavə vaxtda uduzublar. Hər ikisi də sonda Fransanın çempionluğu ilə nəticələnib. DÇ-2006-da isə pireneylilər 1 qolla uduzublar. Ümumilikdə isə Fransa 18, Portuqaliya 5 qələbə qazanıb. Cəmi 1 matç heç-heçə bitib. Top fərqində də fransalıların üstünlüyü aşkardır - 49:28. 18.04.1926. YO. Fransa - Portuqaliya - 4:2 16.03.1927. YO. Portuqaliya - Fransa - 4:0 29.04.1928. YO. Fransa - Portuqaliya - 1:1 24.03.1929. YO. Fransa - Portuqaliya - 2:0 23.02.1930. YO. Portuqaliya - Fransa - 2:0 28.01.1940. YO. Fransa - Portuqaliya - 3:2 14.04.1946. YO. Portuqaliya - Fransa - 2:1 23.03.1947. YO. Fransa - Portuqaliya - 1:0 23.11.1947. YO. Portuqaliya - Fransa - 2:4 20.04.1952. YO. Fransa - Portuqaliya - 3:0 24.03.1957. YO. Portuqaliya - Fransa - 0:1 11.11.1959. YO. Fransa - Portuqaliya - 5:3 03.03.1973. YO. Fransa - Portuqaliya - 1:2 26.04.1975. YO. Fransa - Portuqaliya - 0:2 08.03.1978. YO. Fransa - Portuqaliya - 2:0 16.02.1983. YO. Portuqaliya - Fransa - 0:3 23.06.1984. AÇ-1984. Fransa - Portuqaliya - 3:2, əlavə vaxtda 24.01.1996. YO. Fransa - Portuqaliya - 3:2 22.01.1997. YO. Portuqaliya - Fransa - 0:2 28.06.2000. AÇ-2000. Fransa - Portuqaliya - 2:1, əlavə vaxtda 25.04.2001. YO. Fransa - Portuqaliya - 4:0 05.07.2006. DÇ-2006. Fransa - Portuqaliya - 1:0 11.10.2014. YO. Fransa - Portuqaliya - 2:1 04.09.2015. YO. Portuqaliya - Fransa - 0:1 Geri dön |