Ana Sayfa > Karusel / Hadisə > Həkimlər məşhur müğənninin gənc qohumunu öldürdü - Foto

Həkimlər məşhur müğənninin gənc qohumunu öldürdü - Foto


8-07-2016, 10:58. Yazar: Xeberaz
Həkimlər məşhur müğənninin gənc qohumunu öldürdü - Foto

Afaq Ələsgərova adlı xanım qardaşı, 1980-ci il təvəllüdlü Ramin Ələsgərovun həkimlər tərəfindən öldürüldüyünü bildirib.

"Xəbəraz.az " xəbər verir ki, Ölkə.az-a müraciət edən A.Ələsgərova qardaşının iyunun 24-də müayinə olunmaq üçün "Grand Hospital"a getdiyini yazıb:

"İyunun 24-də öz ayağı ilə Həsən Əliyev küçəsində yerləşən "Grand Hospital"a qaraciyər xəstəlikləri şöbəsinin müdiri, hepatoloq Gülnarə Ağayevanın yanına müayinəyə apardıq. Sadəcə, acqarına deyildi deyə evə qayıtdı ki, növbəti gün acqarına analiz versin. Həmin gün nə etdilərsə, qardaşım komaya düşdü və həyatını itirdi. Həmin Gülnarə Ağayeva xəstəni qəbul edib, özü üç günlük istirahətə yollandı. Qardaşımı isə Zaur adlı dırnağarası həkimə tapşırdı. Qardaşımı öldürdülər. Yalvarıram, kömək edin, bu hadisəni Azərbaycanda hər kəs bilsin. Biz yandıq, qoy heç kim yanmasın o vicdansız qatillərin ucbatından. "Grand Hospital" ölüm məkanıdır".

Xatırladaq ki, mərhum Ramin Ələsgərov müğənni Əbdül Xalidin xalası oğludur.

Həkimlər məşhur müğənninin gənc qohumunu öldürdü - Foto
Geri dön