Ana Sayfa > Karusel / Hadisə / M2 > Ağır qəza: FHN 7 nəfəri əzilmiş maşından çıxardı

Ağır qəza: FHN 7 nəfəri əzilmiş maşından çıxardı


7-07-2016, 18:09. Yazar: Xeberaz
Ağır qəza: FHN 7 nəfəri əzilmiş maşından çıxardı

Bakı-Şamaxı yolunda baş verən ağır qəza ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

"Xəbəraz.az "xəbər verir ki, məlumatda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 86-cı kilometrliyində vətəndaşlara məxsus 2 ədəd VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb ediliblər və deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalmış 7 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri dön