Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > Valentin Rasputin dünyasını dəyişdi

Valentin Rasputin dünyasını dəyişdi


15-03-2015, 11:45. Yazar: Xeberaz
Valentin Rasputin dünyasını dəyişdi
“Dörd gün komada olub”.

Rusiyalı yazıçı Valentin Rasputin doğum günündə 78 yaşında dünyasını dəyişib.

Xeberaz.az xəbər verir ki, bu barədə RİA Novosti-yə onun nəvəsi Antonina məlumat verib.

“O vəfat etdi. Dörd gün komada oldu. Vida mərasimi və dəfnlə bağlı məsələ həll olunur. Yəqin ki, vida mərasimi Moskvada olacaq. Onu İrkutskda dəfn edəcəklər”, - deyə, o, bildirib.

Qeyd edək ki, Valentin Rasputin 15 mart 1937-ci ildə İrkutsk vilayətinin Atalanka Ust-Udinsk rayonunda dünyaya göz açıb. O, SSRİ Sosialist əməyi qəhrəmanı, Dövlət mükafatları laureatı olub.

Onun ən məşhur əsərləri “Matyora ilə vida”, “Fransız dili dərsi”, “Yaşa və xatırla”, “Yanğın”dır.
Geri dön