Ana Sayfa > Karusel / Hadisə / M2 > Qubada kriminal dəstə zərərsizləşdirildi

Qubada kriminal dəstə zərərsizləşdirildi


7-07-2016, 14:00. Yazar: Xeberaz

Qubada kriminal dəstə zərərsizləşdirildi
Qubada oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.
"Xəbəraz.az " Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də şəhərdə yerləşən məscidin nəzir qutusundan, R.Tahirova məxsus ticarət mərkəzindən, M.Qonaqova və N.Mirzəyevə məxsus mağazalardan pul, məişət əşyaları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri - İlham Muradov, Nəsir Rzayev, Nicat Muradov, Murad Əşrəfov, Abdulla Abdullayev və Sumqayıt şəhər sakini Murad Allahverdiyev tutulublar.
Geri dön