Ana Sayfa > Karusel / Şou-Biznes > Bodrumda Demet Akalına görə izdiham - fotolar
Bodrumda Demet Akalına görə izdiham - fotolar7-07-2016, 02:09. Yazar: Xeberaz |
Müğənni Demet Akalın bayramın ilk günündə Bodrumda səhnəyə çıxıb. "Xəbəraz.az " Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağ-qara geyimlə tamaşaçılarının qarşısına çıxan Demet ifasına “Ders olsun” mahnısıyla başlayıb. Gecədə Demet həm əylənib, həm də əyləndirib. Konsertə gələnlərin çox olduğunu görən Demet “Bütün Bodrum burda” deyərək sevincini gizlətməyib. Gecədə ifaçı heyranlarının şəxsiyyət vəsiqəsini yoxladaraq doğum günü olanları səhnədən təbrik edib. Libasının ona maneə olduğunu görən sənətçi “Hündürdaban geyindim. Nişan falan varsa, ətəyimi verə bilərəm” deyə zarafat edib. Rəqs edən qızları görən Demet “O qızların səhnədə məni müşayiət etməsini istəmişdim” söyləyərək şikayətlənib. “Evli, mutlu, çoçuklu”, İlahi edalet” mahnılarını səsləndirən Akalın sevənlərinə unudulmaz gecə yaşadıb. Geri dön |