Ana Sayfa > Karusel / Hadisə / M2 > Göyçayda su kanalında boğulan yeniyetmənin meyiti tapıldı - Yenilənib

Göyçayda su kanalında boğulan yeniyetmənin meyiti tapıldı - Yenilənib


7-07-2016, 01:21. Yazar: Xeberaz
Göyçayda su kanalında boğulan yeniyetmənin meyiti tapıldı - Yenilənib
Göyçay rayonunda 14 yaşlı yeniyetmə su kanalında boğularaq dünyasını dəyişib.
"Xəbəraz.az " APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün saat 15:00 radələrində Göyçayın Dövranlı kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub.

Kənd sakinləri meyiti kanaldan çıxara bilməyiblər.

Hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir dalğıc-axtarış xilasetmə qrupunun əməkdaşları cəlb edilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Yuxarı Şirvan su kanalında boğulan 14 yaşlı oğlanın meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçayın Dövranlı kəndinin sakini 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir dalğıc-axtarış xilasetmə qrupunun əməkdaşları tərəfindən boğulduğu yerdən 200 metr aralıda tapılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib.
Geri dön