Ana Sayfa > Karusel / Hadisə > 14 yaşlı yeniyetmə kanalda batdı

14 yaşlı yeniyetmə kanalda batdı


6-07-2016, 21:26. Yazar: Xeberaz
14 yaşlı yeniyetmə kanalda batdı

Göyçay rayonunda 14 yaşlı yeniyetmə su kanalında boğularaq dünyasını dəyişib.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində Göyçayın Dövranlı kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub.

Kənd sakinləri meyiti kanaldan çıxara bilməyiblər.

Hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir dalğıc-axtarış xilasetmə qrupunun əməkdaşları cəlb edilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Geri dön