Ana Sayfa > Karusel / Hadisə > Ağsafada maşın piyadanı vurub öldürdü

Ağsafada maşın piyadanı vurub öldürdü


6-07-2016, 20:43. Yazar: Xeberaz
Ağsafada maşın piyadanı vurub öldürdü

"Xəbəraz.az " DİN-in saytına istinadən bildirir ki, iyulun 5-də saat 23 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndində şəhər sakini Turan Rzayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında dayanmış “VAZ-21011” markalı avtomobilə çırpıb və idarəetməni itirdiyindən yolu keçən kənd sakini Gülarə Yusubovanı vurub.
Hadisə zamanı xəsarət alan G.Yusubova yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.

Geri dön