Ana Sayfa > Karusel / Hadisə > Rusiya Dövlət Dumasında partlayış

Rusiya Dövlət Dumasında partlayış


6-07-2016, 18:49. Yazar: Xeberaz
Rusiya Dövlət Dumasında partlayış

Moskvada Rusiya Dövlət Dumasının binasında içərisində kimyəvi qarışıq olan balon partlayıb.

APA-nın məlumatına görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Tibbi xidmətdə olan mənbə bildirib ki, həmin şəxs Dövlət Dumasının işçisidir. Hazırda hadisə yerinə 5 yanğınsöndürən maşını cəlb olunub.

Hadisə barədə hələlik rəsmi məlumat yoxdur.

Geri dön