Ana Sayfa > Karusel / Hadisə / M2 > Qadının gözünü kimyəvi maddə ilə yandırdılar

Qadının gözünü kimyəvi maddə ilə yandırdılar


6-07-2016, 05:15. Yazar: Xeberaz
Qadının gözünü kimyəvi maddə ilə yandırdılar
Şəmkirdə qadın döyülüb.

APA-nın verdiyi məlumata görə, rayonun Qapanlı kənd sakini, 1973-cü il təvəllüdlü Zoya Zeynalova müxtəlif bədən xəsarətləri və gözün kimyəvi yanığı əlaməti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, Z. Zeynalova qonşuları ilə dava zamanı döyülüb və onun gözünə kimyəvi maddə səpilib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Geri dön