Ana Sayfa > Karusel / Hadisə > Helikopter qəzasını görən şahid danışdı

Helikopter qəzasını görən şahid danışdı


6-07-2016, 05:05. Yazar: Xeberaz
Helikopter qəzasını görən şahid danışdı

Türkiyənin Giresun vilayətində hərbi helikopterin qəzaya uğraması ilə bağlı şahidlərdən biri danışıb.

"Xəbəraz.az " xəbər verir ki, NTV televiziyasının canlı yayımında danışan Gültəkin Qaraca qəzadan sonra baş verənləri belə izah edib:

"Böyük ehtimalla qatı dumanın olması qəzaya səbəb oldu. Böyük bir gurultu qopdu. Dərhal 112 və 155-ə zəng etdik. Helikopterin qəzaya uğradığı yerə avtomobillə getmək mümkünsüz idi. Hadisə yerinə çatan kimi yaralıları və helikopterin hissələrini dağdan yola endirdik. Öz avtomobilimizlə 9 yaralını daşıdıq, sonra onları təcili tibbi yardım maşınlarına təhvil verdik. Bölgə sıx meşə sahəsidir. Yaralılardan bir xanımın vəfat etdiyini gördüm".

Qeyd edək ki, bu gün Giresun vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 10 hərbçinin həlak olduğu, 20 vətəndaşın isə yaralanması ilə bağlı qeyri-rəsmi məlumat yayılıb
Geri dön