Ana Sayfa > Karusel / Şou-Biznes > “Kənan heç vaxt sənətdə qarşımı kəsmir“

“Kənan heç vaxt sənətdə qarşımı kəsmir“


5-07-2016, 19:39. Yazar: Xeberaz
“Kənan heç vaxt sənətdə qarşımı kəsmir“

“Sənətlə ailəni bir arad inkişaf etdirməyə imkan olmur. Üç övladı saxlamaq, ailəyə baxmaq çətindir, çatdırmaq mümkün deyil. Amma sənəti birdəfəlik ata bilmərəm”

"Xəbəraz.az "-ın məlumatına görə, bu sözləri müğənni Aygün Mahmudova “10-dan sonra” verilişində deyib.

Sənətçi efirə çıxmadığı günlərdə sənət üçün darıxdığını etiraf edib:

“Elə gün olub ki, gecə saat 3-də körpəni yatızdırıb, başqa otağa girmişəm, başlamışam oxumağa. Kənan (həyat yoldaşı, rejissor Kənan M.M. – red.) deyib ki, "sən nə edirsən? Gecədi, camaat yatıb, səsin aləmi götürüb". Deyirəm, ürəyim partlayır, oxumasam olmaz. Oxumaq gələndə nə olursa-olsun oxumalısan, qarşısını almaq mümkün deyil. Kənan heç vaxt mənim qarşımı kəsmir, əksinə həmişə dəstək olur”.
Geri dön