Ana Sayfa > Karusel / Hadisə > Bakıda dəhşətli qəza: 8 maşın bir-birinə girdi, tunel bağlandı

Bakıda dəhşətli qəza: 8 maşın bir-birinə girdi, tunel bağlandı


5-07-2016, 18:43. Yazar: Xeberaz
Bakıda dəhşətli qəza: 8 maşın bir-birinə girdi, tunel bağlandı

Bakıda Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib

Hadisə yerindən şahidlərin məlumata görə, qəza adıçəkilən prospektdə yerləşən avtomobil tunelində baş verib.

Qəzada 8 avtomobil biri-birinə girib. Bundan əlavə olaraq, hadisədə evakuator da iştirak edib.

Evakuatorun üstündə isə bahalı avtomobilin olduğu deyilir. Qəzada bütün avtomobillərə ziyan dəyib.

Onu da bildirək ki, hal-hazırda qəza baş vermiş tunel yol polis işçiləri tərəfindən bağlanıb.

Geri dön