Ana Sayfa > Karusel / Hadisə > Azərbaycan Ordusunun əsgəri şəhid oldu

Azərbaycan Ordusunun əsgəri şəhid oldu


5-07-2016, 18:27. Yazar: Xeberaz
Azərbaycan Ordusunun əsgəri şəhid oldu

Son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

Müdafiə nazirliyindən verilən xəbərə görə, iyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!
Geri dön