Ana Sayfa > Karusel / Maraqlı > Xalq şairi: “İlk andaca ona vuruldum”

Xalq şairi: “İlk andaca ona vuruldum”


5-07-2016, 13:54. Yazar: Xeberaz
Xalq şairi: “İlk andaca ona vuruldum”

Biz ilk dəfə Raya xanımla Ağdaşda Kürün qırağında tanış olmuşuq. Bu ailə mənim ikinci ailə həyatımdır. Yadıma gəlir, onda biz ailəmizlə Ağdaşa getmişdik, onlar da gəlmişdi.

"Xəbəraz.az "xəbər verir ki, bu sözləri xalq şairi Fikrət Qoca həyat yoldaşı ilə ilk görüşü haqda “Bir sevgi tarixçəsi” verilişində danışarkən deyib. O, ilk görüşdən həyat yoldaşına aşiq olduğunu bildirib:

“Meşədə Kürün qırağında qarşılaşdıq. İlk andaca ona vuruldum. Bir müddət sonra atası gəlib mənə dedi ki, Fikrət, Bakıya gedirsiniz? Dedim, hə. Dedi, onda mənim qızımı da aparın, instituta qayıtmalıdır. Bakıya birlikdə getdik və demək olar ki, o vaxtdan elə birgə addımlayırıq. Mən ondan 15 yaş böyük olsam da, bu yaşadığımız 45 ildə o 15 yaş arada itdi”.
Geri dön