Ana Sayfa > Karusel / Hadisə / Səhiyyə / Foto-fakt > Daha bir körpə xəstəxanada keçindi - FOTO

Daha bir körpə xəstəxanada keçindi - FOTO


5-07-2016, 13:42. Yazar: Xeberaz
Daha bir körpə xəstəxanada keçindi - FOTO
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) uşaq ölümü baş verib.

"Xəbəraz.az " report-a istinadən bildirir ki, rayonun Ləj kənd sakini, 1 yaş 4 aylıq Əli Aqil oğlu Rəhimov səhər saat 5 radələrində ağır vəziyyətdə xəstəxananın Uşaq xəstəlikləri şöbəsinə gətirilib. Ancaq körpə xəstəxanada dünyasını dəyişib.
Məsələ ilə bağlı körpənin valideynləri Daxili İşlər Nazirliyinin (DİN) "102 xidməti"nə şikayət ediblər.
Lənkəran RMX-nin Uşaq xəstəlikləri şöbəsinin həkimi Südabə Əliyeva "Report"a bildirib ki, xəstəyə bütün yardımlar göstərilib və görülən tədbirlər xəstəlik tarixçəsində öz əksini tapıb: "Xəstə kəskin respirator viruslu infeksiya, iki tərəfli bronxopnevmoniya, kəskin ağciyər ödəmi, kəskin ürək-damar, eləcə də 3-cü dərəcəli tənəffüs çatışmazlığı vəziyyətində olub. Bütün səylərə baxmayaraq, xəstə səhər saat 8-də dünyasını dəyişib. Süni nəfəs aparatından ayrılıb. Bir sözlə, körpə ağır vəziyyətdə olmasına baxmayaraq, valideynləri onu həkimə çox gec gətiriblər".
Körpənin meyidi Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha bir körpə xəstəxanada keçindi - FOTO
Daha bir körpə xəstəxanada keçindi - FOTO
Daha bir körpə xəstəxanada keçindi - FOTO
Daha bir körpə xəstəxanada keçindi - FOTO
Geri dön